Mümkün qəzaların və onların nəticələrinin aradan qaldırılması üçün magistral neft kəmərləri (MNK) obyektlərini istismar edən təşkilatlar öz qəza-xilasetmə dəstələrini yaratmalı və ya bu işləri yerinə yetirmək üçün qəza-xilasetmə xidmətləri ilə müqavilə bağlamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
MNK-nin obyektlərində baş vermiş bədbəxt hadisələr Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun tədqiq olunmalıdır.