Artıq taksi fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı veriləcək və bunların hər biri 7 il müddətinə veriləcək.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, buraxılış kartı avtomobilə verilir: “Əgər kiminsə birdən çox avtomobili varsa, onların hər birinə buraxılış kartı alınmalıdır. Buraxılış vəsiqəsi isə şəxsin özünə verilir. Hər iki sənədi alandan sonra artıq taksi sürücüsü iki cür fəaliyyət göstərə biləcək. Birincisi, özü fəaliyyət göstərə biləcək, ikincisi, hansısa şirkətlərin proqram təminatından istifadə edəcək. İndiki halda “Bolt”, “Uber”, “189” və s. digər taksi şirkətlərinin xidmətlərin proqram təminatından istifadə edə biləcəklər”.