Məhəccərli çəpərin hündürlüyü 1,25 m-dən (intiqalı kəmərdən olan avadanlıqlar üçün 1,5 m-dən) az olmamalı, çəpərin aşağı kəmərinin (zolağının) hündürlüyü 0,15 m olmalı, ayrı-ayrı kəmərlər (zolaqlar) arasındakı məsafə 0,40 m-dən, dirəklər arasındakı məsafə isə 2,5 m-dən artıq olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Əgər təhlükəli zonadan 0,35 m-dən artıq məsafədə çəpər qoymaq mümkündürsə, onda avadanlıq və mexanizmlərin hərəkət edən hissələrinə girişi bağlamaq üçün məhəccərli çəpərdən istifadə etməyə yol verilir.