Məhkəmə bildirişi məhkəmənin rəsmi sənədi olmaqla müvafiq qaydada təsdiq olunmuş formada tərtib edilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə bildirişində aşağıdakılar göstərilməlidir:
– məhkəmənin adı, ünvanı və əlaqə üçün məlumatlar (indeks, telefon, faks və s.);
– gəlmə vaxtı (tarix və saat) və yeri;
– xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı;
– xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan;
– ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması;
– ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı;
– işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif;
– işdə iştirak edən şəxslərin prosessual hüquq və vəzifələrinin izahı; [162]
– ünvan sahibinin olmadığı təqdirdə məhkəmə bildirişini qəbul edən şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd;
– xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə gəlməməsinin nəticələrinə və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat vermək vəzifəsinə dair qeyd.