Magistral nasosxana magistral nasos aqreqatlarının köməyi ilə magistral boru kəmərində təzyiqin qaldırılmasını magistral neft kəmərinin (neft məhsulları kəmərinin) vurucu stansiyası vasitəsilə təmin edən texnoloji avadanlıqlar kompleksidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Texniki qurğular texnoloji avadanlıqlar, aqreqatlar, texniki sistemlər (komplekslər), aparatlar, cihazlar, onların qovşaqları və tərkib hissələridir.