Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsinə və idxalına görə inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər beş yüz manat məbləğdə, vəzifəli şəxslər doqquz yüz manat məbləğdə, hüquqi şəxslər min beş yüz manat məbləğdə cərimə edilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər min manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər iki min beş yüz manat məbləğdə cərimə edilir.