MNK-nın istehsalat obyektlərində, üzən vasitələrin və dəniz hidrotexniki qurğuların göyərtələrində qoruyucu dəbilqəsiz olmaq qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İşçilər səs-küydən qorunmaq üçün fərdi mühafizə vasitələri ilə müəyyən edilmiş normalara uyğun təmin olunmalıdır.

Səs-küyün səviyyəsi 80 dBA- dan yüksək olan işçi zonalar, normativ sənədlərin tələblərinə uyğun təhlükəsizlik nişanları ilə işarələnməlidirlər.

Həmçinin, yüksək səs olan zonalar DÜST 12.4.026–76 üzrə təhlükəsizlik nişanları ilə işarələnməlidir.