Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumu tutulacaq.

Heftelik.-azın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən isə yalnız Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün Dövlət rüsumunun tutulduğu hallar sırasında yer alıb.

Eyni zamanda layihəyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşir.

Belə ki, yeni rüsumların aşağıdakı kimi olması təklif edilir:

– Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün- 125 manat

– bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi – 25 manat

– Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi – 250 manat

– hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi – 75 manat

– Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi -3000 manat.

Qüvvədə olan qanuna görə isə Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:

 

Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlərDövlət rüsumunun məbləği
24.1. Giriş-çıxış və tranzit gedişinə görə: 
24.1.1. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının başqa ölkələrə getməsi üçün:
24.1.1.1. yük avtomobil daşıyıcılarına görəhər bir icazə üçün 20 ABŞ dolları
21.1.1.2. sərnişin avtobusları üçünhər bir icazə üçün 10 ABŞ dolları
24.7. Beynəlxalq Nəqliyyat Forumunun “İcazə”lərinin (Avropa Nəqliyyat Nazirlər Konfransı”nın jurnallarının) satışına görə: 

24.7.1. atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan “İcazə”lərin (jurnalların)

 

 

 

hər bir vahidinə görə 500 ABŞ dolları

24.7.2. atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan “İcazə”lərin (jurnalların)

24.7.3. yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan “İcazə”lərin (jurnalların)

hər bir vahidinə görə 300 ABŞ dolları

 

 

hər bir vahidinə görə 100 ABŞ dolları

 

Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.