“Taksidə qiymətlər birmənalı olaraq qalxacaq”.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Nazir bildirib ki, dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur: “Təxminən ilin sonuna qədər ictimai nəqliyyat üçün 60-a yaxın qısa zolağın çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik”.