Bütün müəssisələrdə xüsusi geyim və xüsusi ayaqqabıların yuyulması, kimyəvi təmizlənməsi, dezinfeksiyası təşkil olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Zərərli maddələrlə işləyən fəhlələrin xüsusi geyiminin saxlanılması, deqazasiyası, dezaktivasiyası, yuyulması və təmiri dövlət sanitariya nəzarətini həyata keçirən orqanın göstərişlərinə müvafiq həyata keçirilməlidir.