Minsk qrupu 30 il münaqişənin həlli prosesini necə uzatdı, görürdük.
Heftelik.az-ın xəbərinə görə, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatda bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, öz göbəyinizi özünüz kəsən zaman uğur qazanarsınız: “Sağ olsun, Prezident İlham Əliyev xalqı ilə bu addımı atdı və nəticə əldə etdi. İndi önümüzdə atılacaq addımlar var. Bu addımlar da uğurla atıldıqca Azərbaycan daha da uğurla irəli gedəcək. Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə 3 uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə 5 uşaq deyirəm. Bunu başardıqda, Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı paradiqmasını dəyişdirir ”.
Türkiyə Prezidenti qeyd edib ki, Türkiyə-Azərbaycan qardaş dövlətlər kimi gələcəkdə birlikdə inkişaf edəcək:
“İnşallah, Türkiyə-Azərbaycan qardaşlığını çox fərqli yerlərə daşıyacağıq”.