Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi hər sahədə genişləndirmək qərarındayıq.
Heftelik.az xəbər verir ki, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib.
“Şuşa Baş konsulluğunu istədiyiniz zaman açmağa hazırıq. O mövzuda heç gecikdirmədən açılış edə bilsək, bu təbii ki, başda Ermənistan olmaq üzrə bütün dünyaya ayrı bir mesaj olacaq”, – Türkiyə Prezidenti vurğulayıb.