Türkiyə-Azərbaycan Universiteti ilə bağlı qanunvericilik səviyyəsində də addım atılacaq və fəaliyyətə başlaması gecikən bu universitetin yaxın gələcəkdə fəaliyyətə başlamasını təmin edəcəyik.

Heftelik.az-in xəbərinə görə, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatda bildirib.

 

Rəcəb Tayyib Ərdoğan deyib ki, bu istiqamətdə sürətlə addım atılacaq.