“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyun 2023-cü il tarixinədək burada 402,7 mlrd. kubmetr qaz hasil edilib.
Energetika Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, hesabat dövründə AÇG-dən 208,9 mmlrd. kubmetr, “Şahdəniz”dən isə 193,8 mlrd. kubmetr qaz hasil edilib.
“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 136,5 mlrd. kubmetrə yaxını ixraca nəql edilib”, – məlumatda qeyd edilir.
Bildirilir ki, 2023-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, 5 ay ərzində Azərbaycanda 20,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 11,1 milyard kubmetri “Şahdəniz”dən, 3,7 milyard kubmetri SOCAR üzrə hasil olunub.
“Ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz, yəni 0,6 milyard kubmetr artımla qaz hasil edilib”, – məlumatda bildirilir.