Bu ilin yanvar-may aylarında Azərbaycanda 2,5 mln. ton neft emal edilib.
Bu barədə Heftelik.az Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-may aylarında ölkədə 373 min ton artıq neft emal edilib.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.