2023-cü ilin yanvar-may aylarında ölkədə 49580,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Heftelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5% azalıb, qeyri neft-qaz sektorunda isə 4% artıb.
Qeyd edək ik, ÜDM istehsalının 45,5%-i sənaye, 9,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı, 4,5%-i tikinti, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,9 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5%-ni təşkil edib.
Bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 4890,6 manata bərabər olub.