Avadanlığın gərginlik altına düşməsi ehtimalı olan metal hissələrində mühafizə yerləbirləşdirilməsi üçün görünən konstruktiv element nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bu elementin yanında “Yerləbirləşdirmə” işarəsi təsvir edilməlidir.
Avadanlığın xarici səthinin və istilikdən izolə örtüyünün temperaturu, tətbiq olunan ən çox partlayış-yanğın təhlükəli məhsulun öz-özünə alışma temperaturundan yüksək olmamalıdır.
İstismar zamanı konstruksiyanın elementlərinin və boru kəmərlərinin səthlərinin temperaturu 450C-dən artıq olarsa, həmin yerlər çəpərlənməli və ya xidmət heyətinin təmasda olma ehtimalı olan səthlər istilikdən izolə olunmalıdır.