Avadanlıqların hərəkət edən elementlərinin torşəkilli çəpərinin hündürlüyü 1,8 m-dən az olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Hündürlüyü 1,8 m-dən az olan mexanizmlər tam olaraq (üstdən də) çəpərlənməlidir. Torun gözcüklərinin ölçüləri 30×30 mm-dən artıq, məftilinin diametri isə 2 mm-dən az olmamalıdır. Torşəkilli çəpərin metal çərçivəsi (karkası) olmalıdır.