“Bu gün, eyni zamanda, müdafiə sahəsində və müdafiə sənayesi sahəsində gələcək planlar haqqında danışdıq”.
Heftelik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.
“Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir. Onlardan 6-sı artıq keçirilib”, – dövlət başçısı əlavə edib