İstehsalat binaları və anbar otaqları partlayış-yanğın və yanğın təhlükəliliyinə görə təsnifatlandırılmalı, partlayış və yanğın təhlükəli zonaların, həmçinin açıq texnoloji qurğu və avadanlıqların sinfi təyin olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İstehsalat binalarının və anbar otaqlarının partlayış-yanğın və yanğın təhlükəliliyinə görə təsnifatlandırılması, partlayış və yanğın təhlükəli zonaların, həmçinin açıq texnoloji qurğu və avadanlıqların sinfi layihə sənədlərində öz əksini tapmalıdır.