ABŞ Ukraynanı zəiflədilmiş uranlı tank mərmiləri ilə təmin etmək niyyətindədir.
Heftelik.az xəbər verir ki, bu barədə bu barədə “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən məlumat yayıb
Nəşrin yazdığına görə, Ağ Ev “Abrams” tanklarının təchiz olunacağı sursatla bağlı bir sıra müzakirələrdən sonra zəiflədilmiş uranlı mərmilərin ötürülməsinə razılaşıb və bu növ sursatların tədarükünü təsdiqləmək üçün heç bir maneə yoxdur.
Bu tip mərmi partlayanda əmələ gələn zəhərli və radioaktiv uran tozu onunla nəfəs alan insanların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Xatırladaq ki, bu ilin 21 mart tarixindəki çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin demişdi ki, zəiflədilmiş uranlı mərmilərin Ukraynaya tədarükü ilə bağlı planlar Qərbin Rusiyaya qarşı mübarizədə sözdə deyil, əməldə ukraynalıları son nəfərinə qədər öldürənə kimi mübarizə aparmaq niyyətindən xəbər verir.
Putin onu da əlavə etmişdir ki, Rusiya belə addımlara cavab vermək məcburiyyətində qalacaq, ordunun arsenalında yüz minlərlə belə sursat var, lakin indiyədək onlardan istifadə edilmir.