Məhkəmə bildirişində verilmiş apellyasiya və kassasiya şikayətinin qərarın ləğv edilməsinə yönəldiyi və ya şikayətdə ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmetinin bölünməz olduğu halda, mübahisələndirilən hissə ilə bağlı işdə iştirak edən digər şəxslərin şikayət vermək hüquqlarından vaxtında istifadə etməmələrinin, habelə dəlillərini irəli sürməmələrinin sonradan şikayət vermə hüquqlarını aradan qaldırması ilə nəticələnəcəyi xüsusi olaraq izah edilməlidir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.