Sədrlik edən məhkəmə tərkibini elan edir, kimin ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclası katibi kimi iştirak etdiyini bildirir və işdə iştirak edən şəxslərin onlara etiraz etmək hüququnu izah edir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Etiraz əsaslı olmalı və yazılı formada verilməlidir. Etiraz etməyin səbəbləri prosesin hazırlıq mərhələsində deyil, müstəqil olaraq məhkəmə iclasında göstərilir.