Magistral neft kəmərinin (neft məhsulları kəmərinin) texniki dəhlizi neft kəmərinin (neft məhsulları kəmərinin) keçdiyi ərazi və ya iki tərəfdən mühafizə zonaları ilə məhdudlaşdırılmış parallel yerləşmiş neft kəmərləri (neft məhsulları kəmərləri) və kommunikasiyalar sistemidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Texniki vəziyyət müəyyən zaman anında, müəyyən xarici mühit şəraitində normativ sənədlərin müəyyən etdiyi parametrlərin göstəriciləri ilə xarakterizə olunan vəziyyətdir.