Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev Özbəkistanda keçiriləcək prezident seçkilərində Birlik müşahidəçiləri missiyasına rəhbərlik edəcək.
Heftelik.az xəbər verir ki, bu barədə qərar MDB üzvü olan dövlətlərin bu təşkilatın nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurası iclasında qəbul edilib.
Qeyd edək ki, Özbəkistana növbədənkənar prezident seçkiləri 9 iyul tarixinə təyin edilib.
Xatırladaq ki, bu il aprelin 30-da Özbəkistanda prezidentlik müddətinin 5 ildən 7 ilə uzadılmasını nəzərdə tutan və ölkənin hazırkiı Prezidenti Şavkat Mirziyoyevin bu vəzifəyə yenidən seçilməsinə imkan verən dəyişikliyin konstitusiyaya əlavə edilməsinə dair ümumxalq səsverməsi keçirilib.