Müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında qərardad icra edilməsi üçün aidiyyəti orqanlara göndərilir və ya həmin qərardad əsasında icra vərəqəsi verilir. Qərardad və ya icra vərəqəsinin təsdiq olunmuş surəti aidiyyəti orqana təqdim edilməsi üçün ərizəçinin tələbi ilə ona verilə bilər.