Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana rəsmi səfər edəcək.

Heftelik.az-ın xəbərinə görə,bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidentinin dəvəti ilə Pakistanın Baş naziri Şahbaz Şərif iyunun 14-15-də Azərbaycanda rəsmi səfərdə olacaq.  Qeyd edilib ki, Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdə iki ölkə arasında ticarət, enerji, investisiya sahəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər də müzakirə olunacaq.