SOCAR “Azəriqaz” İB rəhbərliyinin təşəbbüsü ilə Regional İdarələrin məsul şəxslərinin yerli İcra Hakimiyyətinin məsul şəxsləri ilə görüşləri keçirilir. Məqsəd sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdır.
Heftelik.az xəbər veri ki, su səbəbdən Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisinin Biləsuvar, Astara, Masallı, Lerik rayonlarının İcra Hakimiyyəti başçıları ilə görüşləri baş tutub. Görüş zamanı Birlik tərəfindən həyata keçirilən layihələr, aparılan islahatlar və təkmilləşdirmə tədbirləri, həmçinin qaz təsərrüfatının mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi də aparılıb.
Biləsuvar rayonunda keçirilən görüşdən sonra Lənkəran RQİİ-nin rəisi ilə rayonun İcra Hakimiyyətinin başçısı 40 fərdi evdən ibarət Köhnə Amankənd yaşayış massivində qazlaşma işlərinin gedişi ilə tanış olublar.