“Mən Milli Məclisdə dini komitənin sədri olduğum 5 il müddətində “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuluna mane oldum. Süni mayalanma ilə uşaq dünyaya gətirməzlər”.
Heftrelik.az xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov hesab edir ki, Allah verməyibsə, deməli, belə məsləhətdir: “Dünyanın hansı yerində bunu edirlərsə, etsinlər, amma Azərbaycana bunu tətbiq etməyin”.