Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi hər sahədə genişləndirmək qərarındayıq.
Heftelik.az -ın məlumatına görə, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib.
“Şuşa Baş konsulluğunu istədiyiniz zaman açmağa hazırıq. O mövzuda heç gecikdirmədən açılış edə bilsək, bu təbii ki, başda Ermənistan olmaq üzrə bütün dünyaya mesaj olacaq”, – Türkiyə Prezidenti vurğulayıb.