Yenidən prezident seçiləndən sonra ənənəvi olaraq Şimali Kiprə, daha sonra isə Azərbaycana səfər etdik.
Heftelik.az-ın məlumatına görə, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə-Azərbaycan qardaşlığı dünyada qibtə ilə izlənilir: “Bunu Türkiyədə zəlzələ zamanı da gördük. Azərbaycan heyətləri dərhal zəlzələ bölgəsinə gəldi. Ürəyi Türkiyə ilə döyünən hər bir azərbaycanlıya minnətdaram”.