Özəl sektorumuz kənd təsərrüfatı və heyvandarlıq sahəsində birgə fəaliyyəti uğurla davam etdirir.
Heftelik.az-ın xəbərinə görə, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatda bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, eyni zamanda Türkiyə şirkətləri nəqliyyat sahəsində uğurla infrastruktur layihələri həyata keçirirlər: “Bu, bizi xüsusən sevindirir”.