İstifadə olunmuş (işlədilmiş) xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri işçilərə yalnız yuyulduqdan, istehsalçı müəssisə tərəfindən verilmiş texniki sənədlərində nəzərdə tutulduğu təqdirdə və dezinfeksiya olunduqdan sonra verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Verilən xüsusi ayaqqabı və xüsusi geyim işçinin ayaq və bədən ölçüsünə uyğun olmalıdır. Xüsusi geyim iş vaxtı işçinin hərəkətlərini məhdudlaşdırmamalıdır.