Belə siyahılar olmalıdır

14 İyun 2023, 09:45

Hər bir obyektdə texnoloji proseslərdə tətbiq olunan yanğın və partlayış təhlükəli maddə və materialların xarakteristikası olmalı, xidməti heyət onların yanğın təhlükəsi baxımından xassələrini bilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Bütün obyektlərdə həmin obyektin baş mühəndisi tərəfindən təsdiq edilmiş  “Partlayış – yanğın təhlükəli və yanğın təhlükəli obyektlərin (qaz təhlükəli yerlərin) siyahısı”, “Partlayış-yanğın və yanğın təhlükəli işlərin siyahısı” və “Qaz təhlükəli işlərin siyahısı” və “Sərəncamla aparılan işlərin siyahısı” olmalıdır.