Bu ilin sonunadək ümumilikdə 2000-ə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkün soydaşlarımızın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub.
Heftelik.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
Onun sözlərinə görə, Laçın şəhərinə 700-ə yaxın ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400-ə yaxın ailənin, artıq ilk mərhələdə Şuşa şəhərinə 450, Füzuli şəhərinə 267 ailənin, Zəngilan rayonu Ağalı kəndinə isə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulur.