Nasos və ya kompressorların vurucu və sorucu boru kəmərlərində qoyulmuş bağlayıcı, kəsici (ayırıcı) və qoruyucu qurğular nasosa (kompressora) maksimum yaxınlaşdırılmalı, xidmət üçün rahat və təhlükəsiz zonada yerləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Asan alışan və yanar mayelərin vurulması üçün istifadə edilən nasoslar xəbərdaredici (onların işçi parametrlərinin pozulması haqqında) siqnalverici vasitələrlə təchiz edilməlidir. İşçi parametrlərin təhlükəsiz qiyməti texnoloji reqlamentlərlə və avadanlıqların istismar təlimatları ilə müəyyən edilməlidir.