Məhkəmə sənədinin ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtinaya və ya səhlənkarlıq nəticəsində çatdırılmamasına görə məsuliyyət müəyyənləşib.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər iyirmi manat miqdarında cərimə edilir.