tikintiYer səthindən (döşəmədən) 1,8 m-dən hündürlükdə aparılan tikinti-quraşdırma və texnoloji işlər hündürlükdən yıxılmağa qarşı təhlükəsizlik sistemlərindən istifadə etməklə Fövqəladə Hallar Nazirliyinin 2016-cı il 24 oktyabr tarixli 20/01-005 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na uyğun olaraq yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Hündürlükdən yıxılmağa qarşı fərdi mühafizə vasitələri və birləşdirici elementlər istehsalçı müəssisənin təlimatına və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq istismar edilməlidir.