İş vaxtı işçilər onlara verilmiş xüsusi geyim və xüsusi ayaqqabıdan istifadə etməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Mexanizimlərə xidmət edən işçilər xüsusi geyimi düymələməlidirlər. Qadınlar saçlarını baş örtüyünün altına yığmalıdırlar.

İş vaxtı şərf və yaylıqların uclarını sallanmış vəziyyətdə saxlamaq qadağandır.