ahkama
Sədrlik edən işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Hüquq və vəzifələrin izahı haqqında bildiriş alınmadığı təqdirdə, məhkəmə iclasında hüquq və vəzifələrinin izahı haqqında bildiriş işdə iştirak edən hər bir şəxsə yazılı qaydada təqdim olunur və o, bunu öz imzası ilə təsdiq edir. Sədrlik edən eyni zamanda tərəflərə, mübahisəni həll etmək üçün münsiflər məhkəməsinə müraciət etmək hüquqlarını və bunun nəticələrini izah edir. Məhkəmə iclasına gəlmiş işdə iştirak edən şəxslərin müraciəti ilə məhkəmə onların hüquq və vəzifələrini izah etməlidir.