nAzərbaycan Ordusunun bölmələrinin guya Arazdəyən istiqamətində metallurgiya zavoduna atəş açması və iki nəfərin yaralanması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.

Bu barədə Heftelik.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, Ermənistan tərəfi guya Azərbaycanın Ordusunun atəşi nəticəsində Arazdəyəndə metallurgiya zavodunun tikintisində çalışan iki Hindistan vətəndaşının yaralandığı barədə məlumat yayıb.