İşdə iştirak edən şəxsin ərizəsinə əsasən müvəqqəti təminat tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə yol verilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Müvəqqəti təminat tədbirinin bir növünün digəri ilə əvəz edilməsi məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi müvəqqəti təminat tədbirinin növünün əvəz edilməsi haqqında məsələyə baxmağa mane olmur.
Pul məbləğinin alınması haqqında iddia təmin edildikdə cavabdeh yol verilmiş təmin tədbirləri əvəzinə iddiaçı tərəfindən tələb olunan məbləği məhkəmənin depoziti hesabına verməyə haqlıdır.