Neftin (neft məhsullarının) faktiki texnoloji itkiləri (planlı itkilərdən fərqli olaraq) istehsal texnoloiyası pozulmadan itki mənbələrindən hazırki vaxtda itirilən neftin (neft məhsullarının) real miqdarıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Magistral boru kəməri obyektlərində texnoloji neft (neft məhsulları) itkiləri magistral boru kəməri ilə nəqlin texnoloji prosesləri, eləcə də nəql edilən neftin (neft məhsullarının) fiziki-kimyəvi xassələri ilə bağlı qaçılmaz və bərpaolunmaz neft (neft məhsulları) itkiləridir.