Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydalarının pozulmasına görə cərimələt tətbiq olunur.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.