14 iyun 2023-cü il tarixdə Ucar rayonunda Heydər Əliyev Parkında 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş bədii-musiqili tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, rayon ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Tədbir Ucar rayon Mədəniyyət Mərkəzinin, hazırladığı konsert proqramı ilə davam edib.