Azərbaycan bayrağının Ermənistan ərazisində qaldırılması iddiası əsassızıdır.
Heftelik.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Tvitter” hesabında bildirib.
Ayxan Hacızadə qeyd edib ki, dünən Laçın Sərhəd Məntəqəsində – Həkəri körpüsündə Azərbaycan bayrağı öz suveren ərazimizdə qaldırılarkən Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçularına atəş açılıb: “Bu körpü yaxın zamanda Azərbaycan tərəfindən tikilib və bayrağın Ermənistan ərazisində qaldırılması iddiası əsassızdır”.