Tez-tez nəzərdən keçirilməsi və xidmət göstərilməsi tələb olunan bəndlərin sökülə bilən çəpərləri və ya tez çıxarıla bilən lükləri olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Dişli və zəncirli ötürmələr rahat yığılıb-sökülən, çıxarılan hissələri və tərtibatları olan bütöv metal sipərlərlə (örtüklərlə) örtülməlidir.
Mexanizmlərin, aqreqatların hərəkət edən hissələrinin çıxıntılı detalları və hərəkət edən birləşmələri bütün hərəkəti boyu örtüklə bağlanmalıdır.