Qaz təhlükəli, partlayış-yanğın və yanğın təhlükəli obyektlərdə odlu və digər yüksək təhlükəli işlər tapşırıq-icazə əsasında aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Odlu işlər “Neft sənayesinin partlayış, partlayış-yanğın və yanğın təhlükəli obyektlərində qaynaq və digər odlu işlərin aparılması qaydaları üzrə nümunəvi Təlimat”ın tələblərinə uyğun aparılmalıdır.