Bucurqadların, kranların və digər yükqaldırma mexanizmlərinin yükqaldırma məhdudlaşdırıcıları, habelə yükün və mexanizmin öz-özünə hərəkətinə qarşı etibarlı əyləc qurğuları olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bu tələblər əl talına (bucurqadına) şamil edilmir.
Avadanlıqların, mexanizmlərin dəstində işin rahatlığını və təhlükəsizliyini təmin edən, tez aşılanan, tez-tez dəyişdirilən hissələri və bəndləri yenisi ilə əvəz etmək üçün xüsusi tərtibat və ya qurğular nəzərdə tutulmalıdır.