İşdə iştirak edən şəxslərin və açıq məhkəmə iclasında olan şəxslərin məhkəmə iclası zalında əyləşdikləri yerdən məhkəmə baxışının gedişini yazılı formada, həmçinin məhkəmənin icazəsi ilə kompyuterdən istifadə etməklə istifadə etməklə qeydə almaq hüququ var.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə iclasında qeydlərin səsyazan vasitələrdən istifadə etməklə aparılmasına, habelə kino və fotoçəkilişə, videoyazıya, canlı yayıma (o cümlədən, mobil rabitə vasitələri ilə) işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir. Göstərilən hərəkətlər məhkəmə baxışının normal gedişinə mane olmamalıdır və vaxtla məhdudlaşdırıla bilər.